Növbədənkənar müşavirə iclası
Mayın 23-də 228 №li məktəbdə növbədənkənar müşavirə iclası keçirildi. Məktəbin direktoru Rəşad Alcanov növbədənkənar müşavirə iclasının gündəliyində duran məsələləri pedoqoji heyyətin diqqətinə çatdırdı.
1. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən müşavirədə müzakirə edilən məsələlər (məktəbdə əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəbin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və məktəbin idarəetmə məsələləri, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu)
2. Dövlət Imtahan Mərkəzi tərəfindən aparılmış (XI siniflərin) buraxılış imtahanlarının 1-ci mərhələsinin nəticələri
3 . IX siniflərin buraxılış imtahanına hazırlıq məsələləri
4. Məktəbdaxili keçirilən monitorinqin nəticələri
5. BSQ - lərin keçirilməsi və təşkili ilə bağlı məsələlər
6. Növbətçi müəllimlərin, fənn müəllimlərinin, sinif rəhbərlərinin vəzifələrinə daha ciddi yanaşmaları haqqında məsələlər
7. Cari məsələlər
Daha sonra rəhbərlik müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.