I siniflərdə oxu texnikası yoxlanıldı
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Mehriban Quliyeva tərəfindən I siniflərdə şagirdlərin oxu texnikası və riyazi bilikləri yoxlanılıb.
Əvvəlcə Mehriban xanım şagirdlərə düzgün oxu qaydaları haqqında bəhs etdi. Sözlərin aydın, səlis tələffüzü, heca və səsləri buraxmadan, sözlərin vurğusunu düzgün işlətmələri və ədəbi tələffüz qaydalarına riayət etmələri haqqında tapşırıqlarını verib.