"Gənc bioloqların yaradıcılıq müsabiqəsi"

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.05.2019-cu il tarixli F-221 nömrəli əmrinə əsasən məktəbimizdə IX, X, XI sinif şagirdləri arasında məktəbdaxili "Gənc bioloqların yaradıcılıq müsabiqəsi" keçirilib. 

    I mərhələyə uyğun şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını yerinə yetiriblər.

    Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin biologiya fənninə marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.

    Qeyd edək ki, müsabiqə IX, X, XI sinif şagirdləri arasında 3 mərhələdə keçiriləcək. Məktəbdaxili yarışmada qalib gələn komandalar II mərhələdə iştirak etmək hüququ qazanacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin II mərhələsində (mayın 24-də) hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsinə isə hər rayondan bir komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq və ilk üç yeri tutmuş komandalar qalib hesab olunacaq.

    Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Qaliblər ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi