"İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması"

    Mayın 21-də məktəbin tarix müəllimi Vüsalə Əliyeva Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planın 1.2.1.-ci bəndinə müvafiq olaraq "İslam dininin humanist mahiyyətli, sülh, əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması" mövzusuna həsr olunmuş seminar keçirib.

    Vüsalə xanım seminarda  şagirdlərə İslamın Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salmasından, islam dinin insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə təsirlərindən bəhs etmişdir. 

    O, nitqində dönə-dönə islam dinin həmişə sülh əmin-amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olmasını və islamın dünya sivilizasiyasına sanballı töhfələr verməsini vurğulamışdır.

    Azərbaycan müxtəlif dini etiqadlara malik olan insanların sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşadığı bir ölkədir. Ölkəmiz tarix boyunca humanist mənəvi məkan kimi öz mövqeyini qoruyub saxlaya bilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi