İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyat, vətən təəssübü, elm, təhsil haqqında ibrətamiz fikirləri

Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır. Güman edirik ki, bizim dinimiz respublikanın bu ağır dövründə vətəndaş həmrəyliyinin, vətəndaş birliyinin yaranması üçün çox böyük fəaliyyət göstərəcəkdir.                

                                                                                                                     Heydər Əliyev

Mayın 21-də məktəbimizdə “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin fəaliyyət planının təsdiq edilməsi barədə 15.01.2019-cu il tarixli F-18 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 1.1.4.-cü bəndinə uyğun olaraq " İslamın görkəmli şəxsiyyətlərinin mənəviyyat, vətən təəssübü, elm, təhsil haqqında ibrətamiz fikirləri" mövzusuna həsr olunmuş seminar keçirilib.

    Seminarın təşkilatçısı məktəbin psixoloqu Mehriban Quliyeva çıxışına Heydər Əliyevin dəyərli fikirləri ilə başlayıb. İslamın görkəmli şəxsiyyətləri, həmin şəxsiyyətlərin elmə, təhsilə verdikləri dəyərlər və söylədikləri ibrətamiz fikirlər haqqında məlumatlar verib, şagirdlər dahi şəxsiyyətlərin müdrik kəlamlarını səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi