Dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti

    “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin fəaliyyət planının təsdiq edilməsi barədə 15.01.2019-cu il tarixli F-18 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 1.2.3.-ci bəndinə uyğun olaraq " Dini hadisə, mərasim və bayramların sosial-ictimai və mənəvi mahiyyəti" mövzusuna həsr olunmuş seminar keçirildi.

    Seminar məktəbin psixoloqu Mehriban Quliyeva tərəfindən təşkil olunub. Seminarda 8 "A" sinif şagirdləri  iştirak ediblər. Mehriban xanım çıxışında bildirib ki, xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər ölkəmizdə hər il böyük təntənə ilə qeyd edilir. İslam ənənələri əsrlər boyu, Azərbaycanın milli-mənəvi dəyərlər sisteminə daxil olaraq etiqad, əxlaq, mədəniyyət kimi böyük və mühüm rol oynamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi