"Vətənin qəhrəman oğulları" mövzusunda şagird təqdimatlarının təşkili

    Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərə vətənə olan sevgi hissini, milli ruhu aşılamaq, xalqımızın qəhrəmanlıq salnaməsini təbliğ etmək məqsədi ilə  "Vətənin qəhrəman oğulları" mövzusunda şagird təqdimatlarının təşkili mövzusunda dəyirmi masa keçirilib.

    Dəyimi masa məktəbin UBTR Xalidə İbrahimovanın təşkilatçılığı ilə həyata keçirilib. Şagirdlər işğal olunmuş  torpaqlarda fədakarlıqla döyüşən milli qəhrəmanlarımız və Qarabağ haqqında məlumat veriblər daha sonra hazırladıqları təqdimatları nümayiş etdiriblər.

    UBTR çıxış edərək məktəbimizin adını daşıdığı Milli qəhrəmanımız Əliheydər Kazımov haqqında bəhs edib. O bildirib ki, milli qəhrəmanımız Əliheydər Kazımov 1990-1992-ci illərdə 228 nömrəli məktəbdə pedaqoji fəaliyyət göstərib. 1992-ci il iyunun 4-də müharibə bölgəsinə vətənin müdafiəsinə yollanıb. 1992-ci ilin iyununda Füzuli rayonu Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanıb. Bir neçə gün sonra həyatla birdəfəlik vidalaşaraq şəhidlik zirvəsinə ucalıb. Xatirəsi əbədiləşdirilərək fəaliyyət göstərdiyi məktəbə onun adı verilib.

    Dəyirmi masada şagirdlər həmçinin Vətən məhəbbəti tərənnüm edən şeir nümunələri səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi