4 "A” sinfində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib
Mayın 16-da məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarını yoxlamaq məqsədilə 4 "A” sinfində Azərbaycan dili fənni üzrə monitorinq keçirilib.
45 dəqiqə ərzində şagirdlər açıq və qapalı sualları cavalandırıblar. Monitorinqə məktəbin müəllimi Səadət Cavadova nəzarət edib.
Monitorinqin keçirilməsində məqsəd təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, onların müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.