Növbəti monitorinq keçirilib
Mayın 15-də məktəb rəhbərliyinin nəzarəti ilə IX siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənnindən IX siniflər üzrə monitorinq keçirilib. Monitorinqdə buraxılış imtahanlarına uyğun olaraq açıq və qapalı test suallarından istifadə olunub.
İmtahandan dərhal sonra sınaq qiymətləndirilmənin cavabları yoxlanılıb. Monitorinqin nəticəsi məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakı ilə müzakirə ediləcək.
Şagirdlərimizə imtahanlarında uğurlar arzulayırıq!