Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi barədə iclas
Mayın 14-də məktəbin direktoru Rəşad Alcanovun iştirakı ilə şagirdlərin təhlükəsizliyinin təmin edilməsi barədə iclas keçirildi. İclasda təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloq, uşaq birliyi rəhbəri, metodbirləşmə sədrləri, fənn müəllimləri iştirak etdi. Rəşad Alcanov çıxışı zamanı məktəbdə sağlam və yaradıcı mühitin təmin olunması məqsədilə şagirdlərlə mütəmadi olaraq psioxoloji işin aparılması, tənəffüs zamanı kolidorlarda şagirdlərin davranışlarına növbətçi müəllimlərin diqqətlə yanaşmalarını, sinif rəhbərləri və fənn müəllimlərinin risk qruplu şagirdlərin valideynləri ilə mütəmadi olaraq əlaqədə olmalarını tövsiyə etdi.
İclasın keçirilməsində məqsəd valideynlərlə işin qurulması, növbətçilik, şagirdlərlə psixoloji xidmətin təşkili və digər müvafiq mövzulara diqqəti yönəltməkdir. Müvafiq məsələlər ətrafında direktor və müəllimlər arasında müzakirələr aparıldı.