Ümummilli lider Heydər Əliyevin 96- cı ildönümü

    Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan hər zaman öz tarixi şəxsiyyətləri ilə seçilmişdir. Bunların sırasında görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi, elm, mədəniyyət xadimləri az deyildir. Lakin bu tarixi şəxsiyyətlər sırasında ulu öndər Heydər Əliyev xüsusilə misilsiz bir mövqe tutur. Mayın 10-da məktəbin kitabxanasında dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar  “Dəyirmi masa” təşkil olunub. Dəyirmi masada şagirdlər müdrik siyasətçi Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ümummilli liderin həyat və fəaliyyətindən bəhs edib, müdrik kəlamlarından sitatlar səsləndiriblər.

    Məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, ümummilli liderin xatirəsini əbədiləşdirmək, onun zəngin irsinin tədqiqi və təbliğidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi