"Şuşasız 27 il" adlı tədbir keçirilib
Mayın 8-də məktəbin tarix müəllimi Nuridə Nəcəfova tərəfindən Şuşa şəhərinin işğalının 27-ci ildönümünə həsr olunmuş "Şuşasız 27 il" adlı tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himnin səsləndirilməsindən sonra açıq elan edilib. Tədbirdə fəal iştirak edən 10 "A" sinif şagirdləri Şuşanın işğalına dair hadisələr haqqında ətraflı məlumat veriblər.
Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə və digər fənn müəllimləri iştirak edib. Nuridə Nəcəfova çıxışında Şuşanın Ermənistan silahlı bölmələri tərəfindən işğal olunması, azərbaycanlılara qarşı törədilən soyqırımı barədə danışıb və çıxışında Azərbaycanın əzəli torpaqlarının azad olunacağına inandığını bildirib. Tədbir ərzində məktəbin şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin keçirilməsində məqsəd Şuşanın tarixi, işğal nəticəsində dağıdılmış mədəni irsi haqqında şagirdlləri məlumatlandırmaqdır.