9 may Qələbə günün 74-ci ildönümü

    Böyük Vətən müharibəsində faşizm üzərində 9 may Qələbə günün 74-ci ildönümü münasibətilə mayın 7-də məktəbin tarix müəllimi Nərgiz Ünlü 5 "ç" sinfində "Açıq dərs" həyata keçirdi. Nərgiz xanım çıxış edərək İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri haqqında məlumat verdi.

    O qeyd etdi ki, bu qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, Azərbaycanı faşizmdən qoruyublar. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilib, 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Faşizm üzərində qələbə Azərbaycan xalqın fəxr etdiyi  unudulmaz tarixdir. Dəyirmi masada şagirdlərin hər biri çıxış edərək Sovet İttifaqı qəhrəmanları Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, İsrafil Məmmədovun qəhrəmanlıqlarından bəhs etdilər. 

  Məqsəd II Dünya müharibəsində qazanılan qələbədə xalqımızın rolunu təbliğ etmək, gənc nəslə vətənpərvərlik nümunələri haqqında məlumat aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi