“Hüquq pozuntuları, hüquqazidd hərəkətlər normal və sağlam həyatın pozulmasına aparan uçurumlu yoldur” mövzusuna həsr olunmuş dəyirmi masa

    Ümumi şəkildə hüquq pozuntusu ictimai təhlükəli olan, yəni cəmiyyətə ziyan vuran və qanunla cəzalandırılan əməl kimi səciyyələndirilə bilər. Hüquqazidd davranış cəmiyyətin, dövlətin və ayrı-ayrı şəxslərin mənafelərinə cavab vermir və onlara zərər vurur. Bu cür davranış cəmiyyət üçün ziyanlı nəticələrə səbəb olur. Məktəbimizin psixoloqu Mehriban Quliyeva tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının (2.3./ 2.3.4) “Hüquq pozuntuları, hüquqazidd hərəkətlər normal və sağlam həyatın pozulmasına aparan uçurumlu yoldur” mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə məktəbin psixoloqu çıxış edərək hüquqazidd hərəkətlər haqqında ətraflı məlumat verərək, sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlərdən danışıb və şagirdləri maraqlandıran sualları cavablandırıb. O, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı tövsiyə edib. Dəyirmi masada həmçinin məktəbin UBTR-i Xalidə İbrahimova da iştirak edib. Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği və təşviqidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi