"Gələcəyini Qur!" layihəsinin qəbul imtahanı
Ölkəmizdə 4 ildir fəaliyyət göstərən "Gələcəyini Qur!" layihəsinin qəbul imtahanı mayın 5-də Qaradağ rayonu üzrə 228 saylı tam orta məktəbdə keçirilib. Layihənin I mərhələsində şagirdlər əvvəlcə onlara təqdim olunan sorğu blankını doldurublar. Sorğu Azərbaycan gəncliyinin dayanıqlı inkişafına dəstək proqramı, "Gələcəyini Qur!" layihəsi çərçivəsində keçirilib. Sorğunun məqsədi şagirdləri daha yaxından tanımaqdır. Şagirdlər sorğu kitabçasını doldurduqdan sonra 2 saat 45 dəqiqə ərzində I, II, III, IV qrup üzrə paylanılan sual kitabçalarındakı sualları cavablandırıblar.
Qeyd edək ki, layihə "BP", "FMG", "Veysəloglu GROUP", "Baker Tilly" və . s şirkətlər tərəfindən dəstəklənir.
4 illik fəaliyyəti ərzində 500-ə yaxın gəncə tələbə adını qazandıran "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsinə 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil idarəsi və müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində qəbul imtahanında 140 şagird imtahanda iştirak edib. Məktəbin direktoru Rəşad Alcanov layihə iştirakçılarının suallarını cavablandırıb.
Nəzərinizə çatdırırıq ki, layihənin əsas akademik tərəfdaşı "Kainat Tədris Mərkəzi"-dir.
Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin müvafiq ixtisas istiqamətləri üzrə qəbul imtahanlarına əlavə hazırlığını təmin etmək, hərtərəfli fərdi inkişaf istiqamətində onlara dəstək vermək və bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektə malik sağlam düşüncəli gənclər qazandırmaqdan ibarətdir.Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi, bilik və potensialı kimi meyarlar əsasında həyata keçirilir.