Sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğı vacibdir
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə, xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmuşdurlar.
Məktəbimizdə evdə təhsilə cəlb olunmuş uşaqların təhsili xüsusi və kütləvi (yardımçı) proqram əsasında həyata keçirilir. Məktəbimizdə xüsusi təhsilə qayğı daim diqqət mərkəzindir. Məktəbin direktoru Rəşad Alcanov mütəmadi olaraq xüsusi təhsilə cəlb olunmuş şagirdlərin dərsləri ilə maraqlanır, həmin şagirdlərə müxtəlif fənnləri tədris edən müəllimlərlə iclas keçirir, onlara öz tövsiyələrini verir. Bundan başqa rəhbərlik valideynlərin problemlərini dinləyərək onlarla yaxından tanış olmağa çalışır.