"Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər" mövzusunda dəyirmi masa

    Aprelin 30-da məktəbin illik fəaliyyət planın 2.2.2.-ci bəndinin icrası məqsədilə məktəbin Azərbaycan dili müəllimi Qızxanım Qəhrəmanova "Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər" mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada şagirdlər Azərbaycana məxsus adət-ənənələr, milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli ədəbiyyat, ailə, milli mədəniyyət və incəsənət, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, geyimlər haqqında ətraflı məlumat veriblər. Qızxanım müəllim çıxış edərək bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması mövzusu bu gün çox aktualdır, Azərbaycan xalqının formalaşmasında milli dəyərlərimizin böyük təsiri vardır. Şagirdlər xalqımızın milli, tarixi-ənənələri bayramları və mərasimləri haqqında da ətraflı məlumat verdilər. 

    Məqsəd milli-mənəvi, ümumbəşəri və multikultural dəyərlərin təbliği və təşviqidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi