Psixoloji söhbətlər davam edir

    Məktəbin fəaliyyət planına uyğun olaraq aprelin 30-da məktəbin AKT zalında VI siniflərin iştirakı ilə məktəbin psixoloqu Mehriban Quliyeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Xalidə İbrahimova və tibb bacısı Könül Mehdiyevanın təşkilatçılığı ilə“Davranış qaydaları” adlı psixoloji söhbət keçirilib.

Məktəbin psixoloqu şagirdlərə davranış qaydalarnıın ən sadə cəmiyyət qanunları olduğunu, sinifdə, dəhlizdə, yeməkxanada və ən əsası müəllimlərlə ünsiyyət zamanı necə rəftar etmək lazım olduğunu və s. izah etdi, davranış qaydalarına necə əməl etmələri haqqında öz tövsiyələrini verdi. Həmçinin şagirdləri maraqlandıran bütün sualları cavablandırdı.

    Psixoloji söhbətin keçirilməsində məqsəd şagirdlərin təlim-tərbiyəsi sahəsində məktəbdə aparılan işin səmərəliliyinin artırılması və fəal şəxsiyyətin formalaşdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi