"Sinfin idarəolunması" və "Dərsin planlaşdırılması" təlimləri

    Aprelin 13-də başlayan "Sinfin idarəolunması" və "Dərsin planlaşdırılması" təlimləri aprelin27-də müvəfəqiyyətlə başa çatdı. 

Sinfin idarəedilməsi təlimində müəllimlər şagird davranışını düzgün idarə etmək üçün lazım olan gözləntilər, prosedurlar və qaydalar haqqında müzakirə aparıb, öz sinifləri üçün davranış gözləntiləri, prosedurları və qaydaları tərtib edirək, tərtib etdiklərini şagirdlərə çatdırmağın və möhkəmləndirməyin yollarını praktik şəkildə öyrəniblər. Həmçinin, müəllimlər sinfin idarəedilməsində əsas vacib rol oynayan prosedurların gündəlik həyatımızda necə rol oynadığını misallarla araşdıraraq və bənzər prosedurların sinifdə əhəmiyyətini müzakirə edərək öz siniflərinə uyğun prosedurlar hazırladılar. Bununla bərabər, onlar şagirdin yanlış davranışına necə reaksiya verməyin yollarını öyrəndilər. 

    AMİM komandası öz adından məktəbin rəhbəri Rəşad Alcanov və müəllim heyətinə təşəkkürlərini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi