Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə dəyirmi masa keçirildi

Mən mülki-cahan, cahan mənəm mən!

Mən həqqə məkan, məkan mənəm mən!

Mən ərş ilə fərşü kafü nunəm,

Mən şərhü bəyan, bəyan mənəm mən!

İnsanü bəşərsən, ey Nəsimi,

Həq der ki, haman, haman mənəm mən!

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 2.1./ 2.1.5 bəndinə əsasən aprelin 26-da "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar dahi şairin həyatı və yaradıcılığına, poetik düşüncələrinə, elmi-fəlsəfi görüşlərinə həsr olunmuş tədbirlərin təşkili" ilə əlaqədar məktəbin kitabxanasında VI-VIII sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

    Dəyirmi masada şagirdlər bir-bir çıxış edərək Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin ədəbiyyatımıza verdiyi böyük töhfələrdən bəhs etdilər. Qüdrətli Azərbaycan şairinin həyat və yaradıcılığından nümunələr səsləndirdilər. 

    Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərə milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanması, milli-mənəvi və ümumbəşəri dəyərləri əks etdirən Nəsimi poeziyasını şagirdlər arasında təbliğ etmək, onları Nəsimi yaradıcılığı ilə tanış etməkdir.

    Qeyd edək ki, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ili “Nəsimi ili” elan etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi