"Yaşıl məktəb”aksiyası
Məktəbin illik fəaliyyət planına uyğun olaraq aprelin 25-də məktəbin həyətyanı sahəsində 11 ”a” və 11 "b" sinif şagirdlərinin iştirakı ilə "Yaşıl məktəb” aksiyası keçirildi.
Yaşıllaşdırma tədbirləri çərçivəsində məktəbin həyətində çoxsaylı ağac əkilib, mövcud yaşıllıqlara qulluq göstərilib.
“Yaşıl məktəb” layihəsinin əsas məqsədi məktəbyanı sahələrin yaşıllaşdırılması, şagirdlərin ekoloji savadlılığının artırılması, onların ətraf mühitin mühafizəsi ilə bağlı sosial bacarıqlarının formalaşdırılması, məktəbin həyətyanı sahəsinin təmizliyinin və təhsilalanların sağlamlığının təmin edilməsidir.
Əməyi keçən şagirdlərimizə təşəkkür edirik!