Şagirdlərlə psixoloji söhbətlər davam etdirilir
Məktəbin illik fəaliyyət planına uyğun olaraq aprelin 25-də məktəbin psixoloqu Mehriban Quliyevanın və UBTR-nin rəhbərliyi ilə AKT zalında VI siniflərlə psixoloji söhbət aparılıb.
Psixoloq Mehriban Quliyeva ”Ünsiyyət bacarıqlarının inkişafı” mövzusuna həsr edilən söhbətdə şagirdlərin ictimai həyatda, eləcə də, məktəb həyatında düzgün davranış və daxili intizam qaydalarına riayət olunması, müasir texnologiyanın insan psixologiyasına göstərdiyi müsbət və mənfi cəhətlərin təsiri, dərsə düzgün yanaşma tərzi, şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafı və s. mövzulara toxundu.
Psixoloq həmçinin söhbət zamanı uşaqlara bir-birinə qarşı münasibətlərində diqqətli olmalarını tövsiyə etdi. Sonda şagirdlərin suallarını cavablandırdı.