Dərsdinləmə

    Məlum olduğu kimi məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Aprel ayı məktəbimizdə "Fizika aylığı" elan olunmuşdu. Aylıq çərçivəsində aprelin 24-də fizika müəllimi Həcər Bayramovanın 8 "b" sinfində "6.6 Gərginlik və onun ölçülməsi" mövzusunda keçdiyi dərsi dinlənildi. 

    Dərsdinləmədə məktəbin müəllimlərindən Minarə Məhərrəmova, Qızqayıt Seyidova, Zemfira Həsənova, Minə Həsənova, Vüsalə Əliyeva və Səlahət Fətullayeva  iştirak ediblər.

    Qarşılıqlı dərsdinləmələrin təşkilində məqsəd təcrübə mübadiləsinin təşkili və dinlənilmiş dərslərin təhlilidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi