Psixoloji söhbət aparılıb

    Məktəbin illik fəaliyyət planına əsasən aprelin 21-də məktəbin direktoru Rəşad Alcanov və məktəbin psixoloqu Mehriban Quliyevanın rəhbərliyi ilə AKT zalında V siniflərlə psixoloji söhbət aparılıb.
    Psixoloq Mehriban Quliyeva ”Davranış qaydaları” mövzusuna həsr edilən söhbətdə şagirdlərin ictimai həyatda,eləcə də, məktəb həyatında düzgün davranış və daxili intizam qaydalarına riayət olunması, müasir texnologiyanın insan psixologiyasına göstərdiyi müsbət və mənfi cəhətlərin təsiri,dərsə düzgün yanaşma tərzi,şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsi, davranış mədəniyyətinin və ünsiyyət bacarıqlarının inkişafı və s. mövzulara toxundu.

    Psixoloq həmçinin söhbət zamanı uşaqlara bir-birinə qarşı münasibətlərində diqqətli olmalarını tövsiyə etdi. Uşaqların maraqlı suallarını cavablandırdı.
    Sonda məktəbin direktoru Rəşad Alcanov da şagirdlərə öz tövsiyyələrini verdi.
    Məktəbdə davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi