Buraxılış siniflərinin statistik göstəricisi
Aprelin 23-də məktəb rəhbərliyi tərəfindən Azərbaycan dili , ingilis dili və riyaziyyat müəllimlərinin iştirakı ilə iclas keçirildi.
Məqsəd zəif təlim nəticəli şagirdlərlə məqsədyönlü işin təşkilinə xüsusi diqqət yetirilməsi, ana dili, riyaziyyat, xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi , şagirlərin pedoqoji – psixoloji cəhətdən buraxılış test imtahanlarına hazrılığının təmin edilməsi, ötən ildə və cari tədris ilində təhsil alan buraxılış siniflərinin statistik göstəricilərinin təhlil edilməsi idi.
İclasda məktəbin direktoru Rəşad Alcanov müəllimlərə keçən ilki buraxılış siniflərində təhsil alan IX sinif şagirdlərinin və cari ildəki şagirdlərin məktəbdaxili monitorinq imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.