Monitorinq
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş "Məktəb seminarların"da qeyd edildiyi kimi, IX siniflərdə keyfiyyətin artırılması məqsədi ilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili nəzərdə tutulmuşdur. Bununla əlaqədar ümumilikdə 1 diaqnostik, 3 sayda mövzu qiymətləndirilmə imtahanı nəzərdə tutulur.
Buraxılış imtahanlarının ötən ilki nəticələrinə və I yarımil üzrə builki BSQ qiymətləndirmələrinin təhlilinə əsasən, zəif nəticə göstərmiş IX sinif şagirdlərinə II yarımildə sistemli və ardıcıl, nəticəyönümlü fəaliyyət təşkil etmək üçün məktəbimizdə əlavə dərslər təşkil olunur. Şagirdlər zəif olduqları fənn üzrə qruplaşdırılaraq dərsdən sonra əlavə məşğələlərə cəlb edilirlər. Bununla əlaqədar növbəti qiymətləndirmə imtahanı aprel ayının 23-də keçirildi.