"Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi"
Aprelin 21-də məktəbimizdə " Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi " keçirildi. Məktəbimizdə keçirilən Kenquru riyaziyyat müsabiqəsində daha çox az yaşlı şagirdlərin iştirak edəcəyini nəzərə alaraq nəzarətçi qismində ibtidai sinif müəllimləri cəlb edildi. İmtahandan öncə nəzarətçilərə təlimat keçirildi. Hər bir sinifdə 24 nəfər olmaqla siniflər komplektləşdirilmişdi.
Müsabiqədə II-X sinif şagirdlərindən ibarət 420 şagird iştirak etdi. İmtahan 10.00-da başlayıb 11.30-da sona çatdı. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərin riyaziyyat fənninə olan marağını artırmaq, onların elmi potensiallarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirildi.