“Hər bir uşaq istedadlıdır” devizi ilə "Xəmsə" intellektual oyunu keçirildi

    Aprelin 18-də  “Hər bir uşaq istedadlıdır” devizi ilə fizika fənni üzrə istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması məqsədilə "Fizika aylığı" çərçivəsində məktəbimizin IX-XI sinif şagirdləri arasında "Xəmsə" Milli intellektual oyunu keçirilib. "FOTON", "İŞIQ", "ZƏRRƏCİK", "İON", "KVANT", "ATOM", "NYUTON", "TESLA" adı altında səkkiz komanda mübarizə aparıb.  I yeri "KVANT",  II yeri "TESLA",  III yeri "ATOM" komandası tutub. Oyunun ən fəalları 11 "B" sinif şagirdi Ramazan Məmişov , IX "A" sinif şagirdi Nürəddin İbrahimov seçilib. Fərqlənən komandalara diplom, medallar və qalib komandaya kubok təqdim olunub.

    Bilik yarışı məktəbin fizika müəllimi Gülxar Xəlilovanın təşəbbüsüylə həyata keçirilib. Münsiflər heyyəti kimi fizika müəllimi Həcər Bayramova, Məhəbbət Nəzərova və təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Əliyeva iştirak ediblər. Yarışda tarix müəllimi Nuridə Nəcəfova, riyaziyyat müəllimi Rəna Namazova, Azərbaycan dili müəllimi Zuhurə Məlikova iştirak edərək şagirdlərə dəstək olublar. 

    İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin bilik, bacarıq və istedadlarını üzə çıxarmaq, onlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, fizika elmi haqqında daha geniş məlumat verməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi