Məktəbdaxili bilik yarışı
Aprel ayı məktəbimizdə "Fizika aylığı"-dır. Aylıq çərçivəsində tədbirlərimiz davam edir. Şagirdlərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə yarışlar keçirilir. Növbəti bilik yarışı məktəbin fizika müəllimi Həcər Bayramovanın təşkilatçılığı ilə keçirildi. Bilik yarışı VIII siniflərarası keçirildi. Yarışda məktəbin VIII sinifləri üzrə 3 komanda iştirak edib. "Nüvə", "Atom" və "Molekul" komandaları qalib olmaq uğrunda güclü mübarizə aparıb. "Nüvə" (VIII "a" sinfi) komandası yarışın qalibi olaraq kubok qazanıblar. Digər komandalar II və III yeri qazanaraq hədiyyələr və tərifnamələrlə təltif olunublar. Sual-cavabda fəal iştirak edən şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib. Münsiflər heyyəti kimi fizika müəllimi Gülxar Xəlilova, Məhəbbət Nəzərova və Azərbaycan dili müəllimi Nəzakət Ağayeva iştirak ediblər
İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların arasında biliyin nüfuzunu artırmaqdır. Yarışda UBTR Xalidə İbahimova, psixoloq Mehriban Quliyeva, sinif müəllimləri və şagirdlərin valideynləri iştirak ediblər.