Kiçik Akademiya çərçivəsində təcrübi dərs "Biz bunu bacarırıq"

        Aprelin 16-da məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş fəaliyyət planının 1.1.1.14 ( “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması) bəndinə əsasən VII, IX, XI sinif şagirdlərinin iştirakı ilə məktəbin kimya-biologiya müəllimi Rimma Hüseynova sabunun hazırlanmasına aid praktiki təcrübə dərsi keçdi.
        Dərs zamanı lazımi miqdarda marqarin yağının və natrium hidroksidin qarışdırılaraq sabunun hazırlanması prosesi aparıldı. Sabun tam bişəndən sonra quruduldu, forma verildi və sona qədər qurudulma prosesi gözlənildi.
Şagirdlər aparılan təcrübədən razı qaldılar.
        Təcrübənin keçirilməsində məqsəd yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi