İntellektual oyun

       Aprelin 15-də "Fizika aylığı" çərçivəsində məktəbin fizika müəllimi Məhəbbət Nəzərovanın təşkilatçılığı ilə VI siniflərarası intellektual oyun keçirilib. Yarışda məktəbin VI sinifləri üzrə 3 komanda iştirak edib. Yarış Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Məhəbbət xanım qonaqları salamladıqdan sonra sualları səsləndirib. Fizika fənnindən aparılan mübarizədə "Molekul","Nüvə"və "Atom" komandası sual cavabda fəal iştirak ediblər. Şagirdlər rəqslər nümayiş etdirib, fizika elminə dair şeirlər səsləndiriblər. Fəal iştirak edən və qalib gələn komandalar məktəbin direktoru Rəşad Alcanov tərəfindən tərifnamə ilə təltif olunublar və şagirdlərə hədiyyələr təqdim olunub. "Nüvə" komandası birinciliyi qazanaraq kubok qazanıblar. Münsiflər heyyəti kimi fizika müəllimi Gülxar Xəlilova və Həcər Bayramova iştirak ediblər.

        İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və onların arasında biliyin nüfuzunu artırmaqdır. Yarışda UBTR Xalidə İbahimova, Zeynəb Vəliyev, psixoloq Mehriban Quliyeva iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi