“Sinfin idarəedilməsi” və “Dərsin planlaşdırılması” mövzusunda təlimlər

    Aprelin 13-də Azərbaycan Müəllim İnkişaf mərkəzinin təlimçiləri Gülşən Hüseynli, Dilbər Qasımova, Günay Bayramova, Səbinə Hüseynova və Nigar Babayeva məktəbimizdəki müəllimlər üçün “Sinfin idarəedilməsi” və “Dərsin planlaşdırılması” mövzusunda təlimlərə başlayıb. Təlimlər aprelin 27-də başa çatacaq.

    Sinfin idarəedilməsi təlimində müəllimlər şagird davranışını düzgün idarə etmək üçün lazım olan gözləntilər, prosedurlar və qaydalar haqqında müzakirə aparır, öz sinifləri üçün davranış gözləntiləri, prosedurları və qaydaları tərtib edir, tərtib etdiklərini şagirdlərə çatdırmağın və möhkəmləndirməyin yollarını praktik şəkildə öyrənəcəklər. Həmçinin, müəllimlər sinfin idarəedilməsində əsas vacib rol oynayan prosedurların gündəlik həyatımızda necə rol oynadığını misallarla araşdırır və bənzər prosedurların sinifdə əhəmiyyətini müzakirə edərək öz siniflərinə uyğun prosedurlar hazırlayır. Bununla bərabər, onlar şagirdin yanlış davranışına necə reaksiya verməyin yollarını öyrənəcəklər.

    Müdavimlər dərs planlaşdırılmasına həsr olunmuş təlimlər zamanı beynəlxalq dərs planlaşdırmasının 3 əsas komponentini araşdıracaqlar. Təlimin sonunda isə müdavimlər öyrəndiklərini praktik sessiyada tətbiq etmək imkanı əldə edəcəklər. Müdavimlər aydın, məqsədyönlü dərslərin və bölmələrin necə planlaşdırmasını tədqiq edəcəklər. Onlar bu məqsədə kurikulum standartına əsasən aydın təlim nəticələrinin necə yazılmasını, bu nəticələri yoxlayan münasib qiymətləndirmə vasitələrinin seçilməsi və qoyulmuş təlim nəticəsinə uyğun fəaliyyətlərin yaradılmasını araşdırmaqla nail olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi