Qobustan dövlət tarixi-bədii qoruğunda

    Məktəbin illik fəaliyyət planının 1.3.7 -ci bəndinə uyğun olaraq şagird marağının müəyyənləşdirilməsi və şagirdlərin motivasiyasını yüksəltmək məqsədilə məktəbimizdə növbəti ekskursiya təşkil olunub. Aprelin 13- də məktəbin ibtidai sinif rəhbəri Zeynəb Vəliyevanın təşkilatçılığı ilə 3 "İ" sinfi Qobustan dövlət tarixi-bədii qoruğunda ekskursiyada olublar.

    Mezolit abidələri sərgilənən dövlət tarixi-bədii qoruğunda muzey fəaliyyət göstərir və orada mağaralar, bulaqlar mövcuddur. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında da görmək mümkündür.

Muzeyin hər bir bölməsində divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.

    Şagirdlər qoruqda yerləşən Mezolit abidələri,  Qobustan muzeyi, “Öküzlər”, “Ovçular” və s. mağaralar, müxtəlif dövrlərə aid petroqliflərlə tanış olublar. Bələdçilər tərəfindən şagirdlərə  muzey binasında qayaüstü təsvirlər, Qobustan abidələri, arxeoloji eksponatlar, qavaldaş, su çuxurları haqqında geniş məlumat verilib. Turda şagirdlərimiz həvəslə iştirak ediblər və xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi