Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiəti mövzusuna həsr olunmuş dəyirmi masa
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 2.1./2.1.3. bəndinə əsasən aprelin 11-də məktəbin tarix müəllimi Məlahət Maliki tərəfindən Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiəti mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi.
Dəyirmi masada şagirdlər bir-bir çıxış edərək Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri və zəngin təbiətindən danışdılar. Şagirdlər Qız qalası, Şirvanşahlar sarayı, Bayıl qalası və digər tarixi abidələr haqqında ətraflı məlumat veriblər. Onlar həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründən, Heydər Əliyevin hakimiyyəti gəlməsi və hakimiyyəti illərindən danışıblar.
Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərə milli özünüdərk, milli düşüncə, milli təfəkkür və milli iftixar hissinin aşılanmasıdır.