"Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.04.2019-cu il tarixli F-145 nömrəli əmrinə əsasən aprelin 4-də IX, X, XI sinif şagirdləri arasında məktəbdaxili "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirildi. I mərhələyə uyğun şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını yerinə yetirdilər.
Məktəbdaxili yarışmada IX,X,XI sinif şagirdlərimiz II mərhələdə iştirak etmək hüququ qazanıb. Aprelin 12-də Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin II mərhələsində hər rayon üzrə I yeri qazanmış komanda növbəti mərhələdə iştirak edəcək. Məktəbin fizika müəllimi Gülxar Xəlilova fizika labarotiyasında şagirdlərlə söhbətlər apararaq şagirdlərin nəzəri bilikləri praktik təcrübədə tətbiqetmə bacarıqlarının inkişafına xidmət edən laboratoriya məşğələsi təşkil edərək söhbətlər aparıb. Şagirdlərimizi təbrik edirik və növbəti mərhələdə uğurlar arzu edirik!