“Azərbaycanın əməkdar yazıçı- jurnalisti Aqil Abbasla görüş”

        Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin fəaliyyət planının “İmzalı görüş” layihəsi çərçivəsində məktəb kitabxanaları vasitəsilə Azərbaycanın tarixi keçmişi, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq səlnaməsinə həsr olunmuş elmi - publisist, bədii əsərlərin şagirdlər tərəfindən müzakirəsinin, təşkili, şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları ilə görüşlərinin təşkil olunması (1.3.9.) bəndinə əsasən 10 aprel 2019-cu il tarixində məktəbimizdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar yazıçı-jurnalisti Aqil Abbasla məktəbimizin AKT zalında görüş keçirilmişdir. 
        Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən görüşdə məktəbin direktoru Rəşad Alcanov, jurnalist-publisist Kərim Kərimli, məktəbin sabiq direktoru Haşım Qafarov, təlim-tərbiyə işləri üzrə direktor müavini Natəvan Əliyeva o cümlədən müəllimlər və V-XI sinif şagirdləri də iştirak etdilər. Görüşü giriş sözü ilə məktəbin direktoru Rəşad Alcanov açmış, yazıçının məktəblilərlə görüşünün şagirdlər üçün böyük önəm daşıdığını bildirmişdir. Görüş zamanı şagirdlər Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” (Qan içində 1968) tarixi romanını qonaqlarla birgə müzakirə etdilər.
        Yazıçı şagirdlər tərəfindən verilən sualları cavablandırmışdır. Rəşad müəllim belə görüşlərin şagirdlərin tərbiyəsinə, dünyagörüşünə, bədii mütaliəsinə müsbət təsir edəcəyini xüsusi olaraq qeyd etmişdir həmçinin məktəbin dəvətini qəbul edərək şagirdlərlə görüşə gələn Aqil Abbasa öz təşəkkürünü bildirmişdir.
        Görüşün keçirilməsində məqsəd ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. 
        Sonda Aqil Abbas məktəb kollektivi və şagirdlərlə birgə xatirə şəkilləri çəkdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi