Bilik yarışı keçirildi

        Aprel ayı məktəbimizdə "Fizika aylığı" aylığıdır. Məktəbin illik fəaliyyət planına uyğun olaraq aylığın keçirilməsində məqsəd təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, fənlər üzrə bilik, bacarıq və vərdişlərin inkişafına daha geniş şəraitin yaradılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunmasıdır.

        "Fizika aylığı" çərçivəsində bilik yarışları, dəyirmi masa, dərsdinləmələrin və tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Aylıq çərçivəsində məktəbin fizika müəllimi Məhəbbət Nəzərova sinifdaxili bilik yarışı keçirdi. "Zəka", "Bilik" və "Ziya" adlı III qrupa bölünən şagirdlər sual cavabda fəal iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi