“Hesab” şeiri
Aprelin 8-də məktəbin ibtidai sinif müəllimi İlhamə Hacıyevanın 1" A" sinfində azərbaycan dili fənnindən "Açıq dərs"i həyata keçirilib. Dərsdinləmədə təlim- təbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva iştirak edib. Dərs standartlara əsasən reallaşdırılıb. Şagirdlər dərslikdən “Hesab” şeirini oxuyaraq məzmununu öz sözləri ilə ifadə ediblər. Daha sonra şagirdlər müəllimlə birlikdə bağbanın sualına cavab axtarıblar. Dərsin sonunda şagirdlər meyarlara uyğun olaraq qiymətləndirilib.