Divar qəzeti
"Fizika aylığı" çərçivəsində fizika müəllimləri Həcər Bayramova, Gülxar Xəlilova və Məhəbbət Nəzərovanın V-X sinif şagirdləri divar qəzeti və plakatlar hazırladılar. Divar qəzetlərində və plakatlarda fizika fənninə məxsus müxtəlif mövzular əks olunub.
Şagirdlərin bilik, bacarıq, qabiliyyətlərini, onların maraq dairələrini nümayiş etdirən bu qəzetlər məktəbin divarlarını bəzəyir. Divar qəzetlərinin hazırlanmasında məqsəd şagirdlərin fizika elminə olan marağını artırmaq, şagirdlərin dünyagörüşünü formalaşdırmaqdır.