Dərsdinləmələr davam edir

        Məktəbin fəaliyyət planına uyğun olaraq aprel ayı məktəbimizdə “Fizika aylığı” elan olunmuşdur. Məqsəd şagirdlərdə  fizika fənninə maraq artırmaq, bu fənnə marağı olan şagirdləri üzə çıxarmaq, təlim naliyyətlərini artırmaqdır. Aylıq çərçivəsində 7"c" sinfində Məhəbbət Nəzərovanın dərsi məktəbin fizika müəllimi Gülxar Xəlilova tərəfindən dinlənildi. Dərsin mövzusu "Sadə mexnizmlər" idi. Dərs standartlara əsasən reallaşdırıldı. Şagirdlər dərsdə fəal iştirak edərək sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu ətraflı şərh etdilər.

        Dərsin keçirilməsində məqsəd texnika, məişət və istehsalatda tətbiq olunan sadə mexanizmləri təsnif etmək, sadə mexanizmlərin yaradılması və təkmilləşdirilməsində fizikanın rolunu şərh etməkdir. Dərs zamanı sadə mexanizmlərin tətbiqinə aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər quraraq həll etdilər. Sonda dərs təhlil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi