"Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 01.04.2019-cu il tarixli F-145 nömrəli əmrinə əsasən aprelin 4-də IX, X, XI sinif şagirdləri arasında məktəbdaxili "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirildi.
I mərhələyə uyğun şagirdlər 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını yerinə yetirdilər.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılmasıdır.
Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün məktəbin fizika müəllimləri Həcər Bayramova, Məhəbbət Nəzərova, Gülxar Xəlilova müsabiqəyə nəzarət etdilər.