Autizm Məlumatlandırma Günü

        XXI əsrin qlobal problemlərindən biri də autizm sindromudur. Dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır. Mütəxəsislər bildirirlər ki, autizm üç yaşından əvvəl başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir.
 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü BMT-nin 18 dekabr 2007-ci il 62,139 qərarı ilə Qatar dövlətinin təklifi əsasında təsis olunub. Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, ölkəmizdə də geniş miqyasda qeyd edilir. Autizm sindromu ilə bağlı Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi (ADPYM) İctimai Birliyi təsis edilib. Adı çəkilən təşkilat autizm sindromu haqqında , bu sindromla mübarizə yolları, valideynlərə düzgün istiqamət göstərmək, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara münasibəti və s. məsələlər haqda tədbirlər həyata keçirir. 
 Aprelin 2-də məktəbimizdə də“Autizm Məlumatlandırma Günü” qeyd edilib. Belə ki, məktəbimizin “xüsusi sinif”inin sinif rəhbəri Bəsti Laçınovanın təşkilatçılığı ilə keçirilib. Tədbirdə məktəbin direktoru Rəşad Alcanov çıxış edərək şagirdlərə gələcək həyatlarında nəaliyyətlər arzuladı. Onların üzərində böyük əməyi olan Bəsti Laçınova şagirdləri hədiyyələrlə sevindirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi