“Mütaliəni həyat tərzinə çevirək”
Mütaliə hər bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar.
Sokrat
Təhsil nazirliyinin 15.01.2019-cu il tarixli F-18 №li əmri əsasında məktəbin tədbirlər planının 2.4.5. “Mütaliəni həyat tərzinə çevirək” devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirəsinin təşkili" mövzusu ilə əlaqədar müzakirə təşkil olundu.
Şagirdlərin intellektual səviyyənin yüksəldilməsi məqsədilə keçirilən müzakirədə kitabxana müdiri Firəngül Əliyeva kitabın insanın həyatındakı rolundan bəhs edib. O, bildirib ki, kitab oxumaq düşüncə qabiliyyətini inkişaf etdirir, söz xəzinəmizi artırır. Mütaliə nitqimizə səsilik, ahəngdarlıq və çalarlılıq verir. Daha sonra şagirdlər oxuduqları əsərlərdən sitatlar gətiriblər.