“İntellektual səviyyənin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüşlərinin təkmilləşdirilməsi, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibətin yaradılması” mövzusuna həsr olunmuş "Dəyirmi masa" keçirildi
27.03.2019-cu il tarixində məktəbimizin psixoloqu Mehriban Quliyeva tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının (2.4./ 2.4.3.) “İntellektual səviyyənin yüksəldilməsi yolu ilə şagirdlərin
dünyagörüşlərinin təkmilləşdirilməsi, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibətin yaradılması” mövzusuna həsr olunmuş "Dəyirmi masa" keçirildi.
Mehriban xanım çıxışında intellektin inkişafına müsbət təsir göstərən mütaliə haqqında, tanınmış şəxsiyyətlərlə görüşlər, incəsənət əsərləri ilə tanışlıq, ekskursiyaların müsbət tərəflərindən danışdı. Uşaqların bədii, elmi-kütləvi əsərlərin mütaliəsinə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini vurğuladı. Məşhur filosoflardan sitatlar gətirdi. Dəyirmi masada həmçinin məktəbin UBTR-i Xalidə İbrahimova da iştirak edib.
Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyələrinin inkişaf etdirilməsi, onların dünyagörüşlərinin genişləndirilməsi və onlara yeni biliklər qazandırmaqdır.