“Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə”

    27 mart tarixində məktəbimizdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019 tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının 3.1.7. ci bəndinə uyğun olaraq “Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə” layihəsinin həyata keçirilməsi mövzusunda 10 ”B” sinfində təqdimat dərs keçirildi.

    Zuhurə Məlikovanın rəhbərliyi ilə həyata keçirilən dərs zamanı şagirdlər “Mən həmişə səninləyəm” kinofilmindəki Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanovun döyüş meydanında göstərdiyi şücayətlər barədə, Süleyman Rüstəmin “Qafurun ürəyi” poemasında  Sovet İttifaqı qəhrəmanı Qafur Məmmədovun qəhrəmanlığı, öz komandirini xilas etməsi haqqında danışıblar. Şagirdlər Milli Qəhrəmanlarımıza həsr olunmuş şeirlər söylədilər.

        Azərbaycan qəhrəmanlar yurdudur. Bu müqəddəs torpaq Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş  neçə -neçə ərənlər yetişdirib. Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi