Bahar bayramı
Məktəbin illik fəaliyyət planına uyğun olaraq martın 19-da 2 “İ” sinif müəllimi Rəhilə Pirəliyeva şagirdlərin və valideynlərin iştirakı ilə novruz bayramına həsr olunmuş tədbir keçirdi. Balaca şagirdlər novruz haqqında səhnəcikləri məharətlə nümayiş etdirdilər, baharın gəlişinə dair müxtəlif şeirlər səsləndirdilər. Tədbirdə müəllimlər və valideynlər iştirak etdilər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə milli – mənəvi dəyərlərimizi öyrətmək, novruz ənənələrini yaşatmaq, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir.