Qaradağ rayonunda təşkil olunan Novruz şənliyi
Əsrlər boyu təbiətin canlanmasının,torpağın oyanışının rəmzi olan Novruz həyatımıza yeni ab-hava,süfrələrə xeyir-bərəkət bəxş edir. Ölkəmizin bütün bölgələrində Novruz bayramının qeyd olunmasına xüsusi diqqətlə yanaşılır, bayramla əlaqədar təntənəli mərasimlər keçirilir. Mehribanlıq, xeyirxahlıq, birlik və qonaqpərvərlik rəmzi olan Novruz bayramı Qaradağ rayonu ərazisində də geniş qeyd olundu. Şənlikdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təhsil müəssisəsi və təşkilatların rəhbərləri iştirak ediblər.
Qaradağ rayonu icra hakimiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə təşkil edilən bayram tədbirində məktəbimizdə iştirak edib. Tədbirdə şagirdlərin əl işləri və musiqili kompozisiyaları təqdim olunub. Novruz bayramı ilə əlaqədar keçirilən tədbir tamaşaçılara xoş ovqat bəxş edib.