Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir

"Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanmasının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.

Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!"

 

Heydər ƏLİYEV


        Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin tarix müəllimi Şəfiqə Bağırova tərəfindən 8 "c" sinfində ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan, milli mənəvi dəyərimiz sayılan Novruz bayramına həsr olunmuş dərs keçirildi. Şəfiqə xanım Novruz bayramı, adət ənənələr və çərşənbələr haqqında ətraflı məlumat verdi. Daha sonra çıxış edən şagirdlər su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi