Dərsdinləmələr davam edir
Martın 15-də "Kimya- Biologiya aylığı" çərçivəsində məktəbin biologiya müəllimi Cəmilə Əliyevanın dərsi dinlənildi. 6 "b" sinfində standartlara əsasən həyata keçirilən dərsin mövzusu "Çiçəkli bitkilərdə vegetativ çoxalma" idi. Dərs zamanı "Gənc bağbanlar" adlı III qrupa bölünən şagirdlər tədqiqat sualını müzakirə etdilər. I qrup çiliklə çoxalma, calaqla çoxalma, II qrup basdırma qələmlə çoxalma, şəklini dəyişmiş orqanla çoxalma, III qrup isə vegetativ çoxalmanın təbiətdə əhəmiyyəti haqqında nümunələr vasitəsilə təcrübələr göstərdilər.
Məktəbin illik fəaliyyət planına uyğun olaraq dərsdinləmələrin keçirilməsində məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsidir.
Dərs dinləmədə metodbirləşmə rəhbəri Rimma Hüseynova, kimya müəllimi Sevda Qədirova, biologiya müəllimi Aytən Bilalova, tarix müəllimi Nuridə Nəcəfova, Azərbaycan dili müəllimi Sevda Əliyeva iştirak etdilər.