Narkomaniyaya yox deyək!
Məktəb psixoloqları Mehriban Quliyeva və Gülşən Avdıyeva,sosial pedaqoq Samirə Məmmədova tərəfindən VIII və IX sinif şagirdləri ilə Narkomaniyaya yox deyək adlı silsilə olaraq maarifləndirici tədbirlər təşkil edildi. Tədbirdə şagirdlərə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını bildirərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri haqqında tövsiyələr verildi.